Torpaq Məcəlləsinə dəyişiklik edilir

   Torpaq Məcəlləsinə dəyişiklik edilir
  18 Mart 2020    Oxunub:1759
Azərbaycanda geoloji parkların torpaqları xüsusi tarixi dəyərə malik olan torpaq sahələri hesab olunacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəllənin 26-cı maddəsinə (Təbii qoruq təyinatlı torpaqlar) yeni 7-ci bənd əlavə olunur.
Yeni bəndə əsasən, geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab ediləcək.

Dəyişiklik layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Qanun  





Xəbər lenti