İspaniyada virusa yoluxanların sayı 19 mini keçib

  20 Mart 2020    Oxunub : 1739
 İspaniyada virusa yoluxanların sayı 19 mini keçib
İspaniyada son 24 saat ərzində 2.8 min nəfər koronavirusa yoluxub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 19 980 nəfərə çatıb. Qurbanların ümumi sayı 1002-yə çatıb. 10,5 min insan xəstəxanada nəzarət altındadır, 1588 nəfər isə sağalıb.

İspaniya hazırda yeni koronavirusa yoluxanların sayına görə İtaliyadan sonra ikinci, dünyada isə üçüncü yerdədir (Çin və İtaliyadan sonra).

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İspaniya   Koronavirus