10 minə yaxın azərbaycanlı xaricdən təxliyə edilib

  23 Mart 2020    Oxunub : 1313
10 minə yaxın azərbaycanlı xaricdən təxliyə edilib
Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10.000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gətirilən vətəndaşlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti   Koronavirus