Yaxın 3 gün ərzində hava necə olacaq? - Proqnoz

  24 Mart 2020    Oxunub : 2296
Yaxın 3 gün ərzində hava necə olacaq? - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın üç gün ərzində ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.
Departamentdən Azvision.az -a verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək, Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13 dərəcəyədək isti olacaq.

Azvision.az

Teqlər: Hava