TƏBİB sədri: “Yoluxma hallarının sayı artır”
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
“Bu gün 19 nəfər sağalaraq evə yola salınıb. Ümumilikdə ölkədə 822 nəfər koronavirusa yoluxub. Koronavirusdan ölüm halları 8 nəfərdir”.
R.Bayramlı bildirib ki, hazırda 750 nəfər aktiv koronavirus xəstəsi var. Bu günə qədər 53 mindən artıq test icra olunub. Ötən günlərlə müqayisədə yoluxma hallarının sayı artır.
Aytən Zəhra
Azvision.az
Teqlər: TƏBİB Koronavirus