Yol polisinin fəaliyyətinə həsr olunmuş VİDEOÇARX

Yol polisinin fəaliyyətinə həsr olunmuş    VİDEOÇARX
  06 May 2020    Oxunub:3262
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimində xidmətini əks etdirən videoçarx hazırlanıb.
Azvision.az xəbər verir ki, videoda yol polislərinin 24 saat ərzində nümunəvi xidməti öz əksini tapıb.

Karantin dövründə yol polisi tərəfindən yaradılmış postlarda xidmətin yüksək səviyyədə təşkili, vətəndaşlarla ünsiyyət xüsusi vurğulanıb. Bildirilib ki, yol polisinin bu gərgin və çətin xidməti nəticəsində koronovirus pandemiyasının yayılmasının qarşısı alınıb.

Karantin qaydalarını əməl olunmasına ciddi nəzarətin olması, qaydaları pozanların cərimə olunması, eyni zamanda maarifləndirmə işlərinin aparılması öz nəticəsini verir. Yol polisi bu xidməti ilə vətəndaşların da məmnunluğunu qazanıb.



Azvision.az


Teqlər: DYP   Yol   Polis   Videoçarx  





Xəbər lenti