Çavuşoğlu: “128 ölkə Türkiyədən kömək istəyib”

  06 May 2020    Oxunub : 1766
 Çavuşoğlu: “128 ölkə Türkiyədən kömək istəyib”
Koronavirus pandemiyası ilə mübarizə məqsədilə 128 ölkə Türkiyədən kömək istəyib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bəzi ölkələr pulsuz tibbi xidmət, digərləri isə ixrac təchizatı və ya tibbi ləvazimatlar ilə bağlı müraciət edib. Onun sözlərinə görə, Ankara müraciətlərin yarısını təmin edə bilib.

"Dünya ölkələrinin üçdə ikisinin Ankaradan kömək istəməsi ölkəmizə inamdan irəli gəlir. Xaricə göndərdiyimiz yardımlar Türkiyəni beynəlxalq səviyyədə etimad markasına çevirmək üçün açar olacaq",- deyə Çavuşoğlu qeyd edib.

XİN rəhbəri əlavə edib ki, yaxın günlərdə Paraqvaya tibbi yardımın göndərilməsinə dair Səhiyyə naziri Fəxrəddin Qoca ilə müzakirələr aparıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə