Sumqayıtda "Land Rover" və "Hyundai" yanıb

  07 May 2020    Oxunub : 1583
Sumqayıtda "Land Rover" və "Hyundai" yanıb
Sumqayıt şəhərində "Hyundai" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Şəhərdə həmçinin, "Land Rover" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin arxa buferi əriyib. “Hyundai” markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Sumqayıt   Yanğın   Maşın