“Xəyanət edən məmurlar cəzasını alacaqlar” - Əli Əhmədov
Ə.Əhmədov bildirib ki, həbs edilən icra başçılarının YAP-ın üzvü olması faktı məyusluq doğurur: “İnsanlara lazımı xidməti göstərə bilməyiblər. Vəzifə borclarını icra edə bilməyiblər və bunların əvəzində tamamilə xoşagəlməyən, cinayətə gətirib çıxaran hallara yol veriblər. Vətəninə, dövlətinə ləyaqətlə xidmət etməyənlər və xəyanət edənlər cəzasını alacaqlar. Necə ki, 5 rayonun icra başçısı cəzalarını alırlar. Güman edirəm ki, məhkəmədə onların cəza alması üçün kifayət qədər əsasların olduğu sübuta yetiriləcək.
Yeni Azərbaycan Partiyası çalışır ki, özünü bu kimi xoşagəlməz xasiyyətləri olan insanlardan xilas etsin. Amma təəsssüf ki, partiya sıralarında bu cür insanlar var. Bu, bizim üçün də siqnal olmalıdır”.
YAP sədrinin müavini qeyd edib ki, partiya üzvü olan icra başçıları ilə bağlı məhkəmə hökmündən sonra lazımı qərar qəbul ediləcək: “Amma indidən onlar öz törətdikləri hərəkətləri və əməlləri ilə özlərini Yeni Azərbaycan Partiyasından kənarda qoyublar”.
Azvision.az
Teqlər: Əli-Əhmədov YAP