“Maskanı saat 6-da yox, əvvəlcədən alsınlar” - Zaur Hüseynov

  “Maskanı saat 6-da yox, əvvəlcədən alsınlar” -    Zaur Hüseynov
  08 May 2020    Oxunub:5281
Maska taxılmamasına görə insanların cərimələnməsi ilə Bakı Metropoliteni məşğul olmur. Bu, aidiyyatı qurumların, polislərin işidir.

Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, metronun əksər stansiyalarında aptek var və insanlar oradan maska ala bilərlər.

"Çalışmaq lazımdır ki, maskanı saat 6-da yox, əvvəlcədən alsınlar. Biz metrolarda fəaliyyət göstərən apteklərdə yetəri qədər maskanın olmasını xahiş etmişik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Metro   Maska  





Xəbər lenti