COVİD-19 böhranı: Daha bir aviaşirkət iflas etdi

    COVİD-19 böhranı:  Daha bir aviaşirkət iflas etdi
  11 May 2020    Oxunub:4650
Dünyanın ikinci ən qədim aviaşirkəti olan "Avianca" iflasa uğraması ilə bağlı müraciət edib.
Azvision.az xəbər verir ki, şirkət bu qərarı "koronavirusun proqnozlaşdırılma bilməyən təsirləri"ni əsas gətirərək qəbul edib.

Koronavirus böhranından ən çox ziyan görən aviadaşıma sektorunun olduğuna diqqət çəkən şirkətdən bildirilib ki, Latın Amerikasındakı müşətrilərin 90 faizi artıq səyahət etmirlər.

Qeyd edək ki, daha öncə Niderlandın "KLM" aviaşirkəti iflas üçün müraciət etmişdi.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Böhran  





Xəbər lenti