Türkiyədə daha 55 nəfər koronavirusdan öldü

  Türkiyədə daha 55 nəfər koronavirusdan öldü
  12 May 2020    Oxunub:4818
Türkiyədə son sutka ərzində 55 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1114 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3841, yoluxanlar isə 139 min 771 nəfərə çatıb.

Türkiyədə indiyədək 95 min 780 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti