Koreya lideri: “Azərbaycana daimi firavanlıq arzu edirəm”

  15 May 2020    Oxunub : 2643
 Koreya lideri: “Azərbaycana daimi firavanlıq arzu edirəm”
Koreya Respublikasının Prezidenti Mun Ce Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümid edirəm ki, ölkələrimiz arasında illər boyu inkişaf edən dostluq və əməkdaşlıq əlaqələri öz gözəl bəhrəsini verəcəkdir. Bunun üçün Sizinlə daha yaxından əməkdaşlıq etməyi arzulayıram.

Zati-alinizə bir daha möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".

Azvision.az

Teqlər: Koreya   Prezident   Təbrik