Azərbaycanda 46 məhbus koronavirusa yoluxub

  15 May 2020    Oxunub : 3116
 Azərbaycanda 46 məhbus koronavirusa yoluxub
Koronavirusa yoluxma hallarının bir çoxu bəzi müəssisələrdə aşkar olunub. Həmin müəssisələrin rəhbərləri, orada çalışanlar çağırışlara məhəl qoymayıblar, nəticədə yoluxma halları yüksək olub.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Bakı Tikiş Evi"ndə 64 nəfər qısa müddətdə koronavirusa yoluxub. Bundan əlavə, "Baku Steel Company"də 48 yeni yoluxma faktı aşkar olunub.

TƏBİB sədri, həmçinin qeyd edib ki, Azərbaycan həbsxanalarında koronavirusa 46 yoluxma faktı təsdiqlənib.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB