Karantin rejimini pozan bloger cərimələndi

  16 May 2020    Oxunub : 3166
Karantin rejimini pozan bloger cərimələndi
Özünü bloger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə rayon polis şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək, sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z.Mahmudovun inzibati qaydada üçüncü cəzasıdır.

Bundan əvvəl də o, iki dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimələnib.

Azvision.az

Teqlər: DİN   Blogger