“Əlil” və “qüsur” sözləri qanundan çıxarıldı

“Əlil” və “qüsur” sözləri qanundan çıxarıldı
  19 May 2020    Oxunub:4518
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanunda “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti