TƏBİB sədrindən jurnalistlərə müraciət

  04 İyun 2020    Oxunub : 2568
TƏBİB sədrindən jurnalistlərə müraciət
Həftəsonu iki gün insanlar evdə qaldığı üçün televiziya və radioda maraqlı verilişlərin olması tövsiyə olunandır.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, xəbər saytlarının işçilərinin evdə çalışmaları tövsiyə edilir.
“Televiziya və radio qurumları işçilərini işə məhdud sayda çağırsın. Hər hansı veriliş üçün qonaq çağırılırsa, onlardan onlayn şəkildə müsahibələr alınsın. İstisna hal olsa, Operativ Qərargaha müraciət edilməli və icazə alınmalıdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: