TƏBİB: Koronavirusa görə 110 nəfər reanimasiyadadır

     TƏBİB:  Koronavirusa görə 110 nəfər reanimasiyadadır
  06 İyun 2020    Oxunub:4456
Azərbaycanda koronavirusla bağlı 5 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5811 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 328 min 385-ə çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 110, süni tənəffüs cihazında olan xəstə sayı 20-dir.

Azərbaycanda bu günədək 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti