“Qarabağ Arayik kimi oyuncaqlardan təmizlənəcək” - Tural Gəncəliyev

  09 İyun 2020    Oxunub : 2549
 “Qarabağ Arayik kimi oyuncaqlardan təmizlənəcək” -  Tural Gəncəliyev
Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin qondarma "başçısı" Araik Arutunyan yenə öz sayıqlamaları ilə gündəmdə qalmağa çalışıb.
Azvision.az -ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin “başçısının” açıqlaması ilə bağlı şərhində deyib.

T.Gəncəliyev bildirib ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərini talamaqla, həmçinin Serj SarkisyanRobert Koçaryan kimi bəşəriyyət əleyhinə cinayətlər törətmiş quldurlara əlaltılıq etməklə özünə sərvət toplamış bir korrupsioner cinayətkarın belə narahatlıq keçirməsi bizdə təəccüb doğurmur:

"Qondarma və oyuncaq rejimin oyuncaq "başçısı" yaxşı anlayır ki, onun özünün və onun kimilərin Azərbaycan Respublikası qanunları qarşısına mühakimə ediləcəyi gün çox yaxındır və bundan qaçışı mümkün olmayacaq.

Bunu qeyd etmək vacibdir ki, hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi ölkəmizin ərazi bütövlüyü çox tezliklə bərpa ediləcək və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi Arayik kimi oyuncaqlardan təmizlənəcək. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Republikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə sülh şəraitində yaşaması tezliklə təmin ediləcək".

Azvision.az

Teqlər: Qarabağ   Azərbaycan