DYP-dən cərimələrlə bağlı yeni açıqlama

 DYP-dən cərimələrlə bağlı yeni açıqlama
  12 İyun 2020    Oxunub:4372
Yol polisinin aprelin 13-dək karantin rejiminin pozulmasına görə inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olmayıb. Aprelin 13-ə qədər bir nəfər də olsun yol polisi əməkdaşı karantin rejiminin pozulması ilə bağlı inzibati xətalar üzrə protokol tətbiq etməyib.
Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, yol polisi əməkdaşları tərəfindən tərtib olunan protokollar üzrə inspektorlar qərar çıxara bilmirdi, onların buna səlahiyyəti yox idi.

“Bu səlahiyyət yalnız polis orqanı rəhbərlərinin, müavinlərinin və sahə polis rəislərinin səlahiyyətinə aid olduğu üçün həmin inzibati xətalar üzrə qərarlar qeyd etdiyim şəxslər tərəfindən çıxarılırdı. Aprelin 13-də Prezidentin qərarından sonra yol polisi əməkdaşlarına bu icazə verildi. Bundan sonra 211-ci maddə üzrə müvafiq qərarlar verilməyə başlandı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Cərimə   polis  





Xəbər lenti