Sabiq MTX rəisi: “Paşinyan ölkəni idarə edə bilmir”

  Sabiq MTX rəisi:  “Paşinyan ölkəni idarə edə bilmir”
  13 İyun 2020    Oxunub:3326
Ölkəni idarə edə bilməyən Nikol Paşinyan yenə də məsuliyyəti xalqın üzərinə qoyaraq, insanları təhqir etməyə başladı.
Azvision.az xəbər verir ki, bu barədə "Vətən" partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan “Twitter”də yazıb.

“Əsrlər boyu erməni xalqı mübarizə apararaq indi israf etdiyin dövlətçiliyə və azadlığına qovuşdu. Öz uğursuzluqlarına görə xalqı günahlandırmağa çalışma”, - deyə Vanetsyan qeyd edib.

Xatırladaq ki, bu gün Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayımda koronavirusla bağlı vəziyyətin pis olduğunu, 723 yeni yoluxma hadisəsinin aşkarlandığını bildirib. O, insanların anti-epidemioloji qaydalara məhəl qoymadığını və maska taxmadığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArturVanetsyan  





Xəbər lenti