Şoyqu və Lavrovun Türkiyəyə səfəri təxirə salındı

  14 İyun 2020    Oxunub : 3207
   Şoyqu və Lavrovun Türkiyəyə səfəri təxirə salındı
Rusiya nümayəndə heyətinin Türkiyəyə iyunun 14-nə nəzərdə tutulan səfəri təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Nazirlər səfərin yaxın günlərdə baş tutması ilə bağlı razılıq əldə ediblər.

Qeyd edək ki, bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun Türkiyəyə səfər edəcəyi gözlənilirdi.

Azvision.az

Teqlər: Lavrov   Türkiyə   Səfər