Səfirlik azərbaycanlı tələbənin qətli ilə bağlı məlumat yaydı

 Səfirlik azərbaycanlı tələbənin qətli ilə bağlı məlumat yaydı
  15 İyun 2020    Oxunub:3883
Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.
Azərbaycanın Rusiyadakı Səfirliyindən Azvision.az -a bildirilib ki, 13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat daxil olan kimi səfirlik tərəfindən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə, cari ilin 14 iyun tarixində səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicək.

Azvision.az


Teqlər: Rusiya   Səfirlik   Tələbə   Qətl  





Xəbər lenti