Azərbaycanda jurnalist koronavirusdan vəfat etdi

 Azərbaycanda jurnalist koronavirusdan vəfat etdi
  15 İyun 2020    Oxunub:8190
Azərbaycan mətbuatına ağır itki üz verib.

Azvision.az xəbər verir ki, tanımış jurnalist, Əməkdar İncəsənət xadimi, "Tərəqqi" medalı laureatı, uzun illər "Kommunist", "Azərbaycan" qəzetlərində fəaliyyət göstərmiş Fərman Bağırov dünyasını dəyişib.
Yaxınlarının bildirdiyinə görə, 1936-cı il təvəllüdlü F.Bağırov koronavirus infeksiyasından həyatını itirib. Onun ailə üzvlərinin də virusa yoluxduğu deyilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus   Jurnalist  





Xəbər lenti