Hande Harmancı paylaşdığı fotolara görə üzr istədi

Hande Harmancı paylaşdığı fotolara görə üzr istədi
  16 İyun 2020    Oxunub:9483
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkə hesabında paylaşdığı və mənfi reaksiyalara səbəb olan fotoları ilə bağlı açıqlama yayıb.
Azvision.az xəbər verir ki, açıqlamada deyilir:

"Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm.

Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik".

Qeyd edək ki, H.Harmancı iki günlük sərt karantin günlərində Qubada istirahətdə olarkən çəkilən fotolarını "İnstagram" səhifəsində paylaşıb. Onun bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti