Avropadan Azərbaycana könüllü qayıdanlara mənzil verildi

   Avropadan Azərbaycana könüllü qayıdanlara mənzil verildi
  16 İyun 2020    Oxunub:2875
Azərbaycan Hökuməti bəzi karantin tədbirlərini yumşaltdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsinin əməkdaşları BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq, COVID-19-un yayılmasından öncə mənşə ölkəsinə könüllü qayıdan Azərbaycan vətəndaşlarına ayrılmış reinteqrasiya yardımının istifadəsinə dair məsləhətləşmə xarakterli görüşlərin təşkili və aidiyyəti yardımların çatdırılmasını bərpa ediblər.
BMqT-nin Azərbaycan nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, may ayında KQYR layihəsinin əməkdaşları könüllü qayıdan şəxslərlə 27 nümayəndəlikdə görüş (62 nəfər faydalanıb) və 12 virtual görüş (26 nəfər faydalanıb) keçirib və 31 qeyri-nağd yardımı çatdırılıb. Qeyd edilən müddətdə 5 şəxs mənzil təminatı, 1 şəxs tibbi yardım, 6 şəxs kiçik biznesin təşkili və 19 şəxs maddi yardımla (avadanlıq və zəruri mebel əşyaları) təmin edilib.

Cari ilin fevral ayından BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 13 şəxsə mənzil təminatı, 13 şəxsə kiçik biznesin təşkili, 57 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları) və 5 şəxsə tibbi yardımla bağlı köməklik göstərilib.

Beləliklə, hazırda BMqT könüllü olaraq İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım xidmətləri göstərir.

Azvision.az



Teqlər: BMqT   Könüllü   Miqrant  





Xəbər lenti