Bakıda polis postları quruldu

   Bakıda polis postları quruldu
  21 İyun 2020    Oxunub:5115
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar Bakı şəhərində polis postları qurulub.
Azvision.az xəbər verir ki, paytaxtın bütün küçə və prospektləri polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Postlarda sürücü və sərnişinlərin hərəkət üçün icazələrinin olub-olmaması yoxlanılır.

Qeyd edək ki, bu gündən etibarən (21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək) Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda sərt karantin rejimi tətbiq edilir.

Sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunacaqlar.

Azvision.az


Teqlər: Polis   Post  





Xəbər lenti