Güclü külək Tovuz və Qazaxda fəsadlar törədib

Güclü külək Tovuz və Qazaxda fəsadlar törədib
  21 İyun 2020    Oxunub:2628
Ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərrüfatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizat və Satışı İdarəsinin qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir- bərpa işləri həyata keçirib.
“Azərişıq” ASC-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bir neçə ünvanda xəttin üzərinə aşan ağac kabelləri zədələyib, dayaqları yararsız hala salab.

Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

"Abonentlərimizdən xahiş edirik ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər".

Azvision.az


Teqlər: Azərişıq   Külək  





Xəbər lenti