Paytaxtda yaşıllıqlara qulluq göstərilir

Paytaxtda yaşıllıqlara qulluq göstərilir
  25 İyun 2020    Oxunub:2331
Koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı şəhərində isti yay günlərində mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri ciddi nəzarətdə saxlanılır.
Bakı Şəhər İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, prospektlər, küçələr yol kənarlarında, park və istirahət mərkəzlərində və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi qulluq göstərilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Birliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Yayın isti günlərinndə qulluğun effektivliyini yüksəltmək üçün ağacların və digər yaşılllıqların, yol kənarları və parklardakı qazon örtüyünün axşam saatlarında suvarılması aparılır. Suvarma zamanı həm də yol kənarlarındakı ağaclar yuyulur ki, bu da onların qurumasının qarşısını alır.

İşlər çərçivəsində həm də paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə də gündəlik qulluq göstərilir, dibçəklərdəki güllər və gül kolları mütəmadi olaraq sulanır.

Kommunal xıdmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparlar.

Azvision.az



Teqlər: Bakı   Yaşıllıq  





Xəbər lenti