“Təəssüf ki, vətəndaşlarımız bizə dəstək olmadı” - Yaqut Qarayeva

 “Təəssüf ki, vətəndaşlarımız bizə dəstək olmadı” -     Yaqut Qarayeva
  25 İyun 2020    Oxunub:4445
Virusun ölkəyə kənardan gəlməsinin qarşısını aldıq. Sərhədləri bağlamaqla biz bunu bacardıq. Virus ölkəyə daxil olduqdan sonra yayılmağa başladı. Hazırda cəmiyyətdən çox şey asılıdır. Cəmiyyətin hər bir fərdi özünü qorumursa, yoluxma azalmayacaq.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

"Təəssüf ki, vətəndaşlarımız bizə dəstək olmadı. Virusun yaşaması üçün insana ehtiyacı var. Hazırda xəstəlik ailə daxilində və iş yerlərində yayılır. Hər kəs özünü qorusun. Bununla da virusun yoluxma zəncirini qıra bilərik. Biz bir müddət özümüzü təcrid etməyə məcburuq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Qərargah  





Xəbər lenti