İrəvanda gecə etiraz aksiyası keçirilib - VİDEO

 İrəvanda gecə etiraz aksiyası keçirilib -  VİDEO
  26 İyun 2020    Oxunub:3262
Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında gecə saatlarında etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları konstitusiyaya edilmiş dəyişikliklərə etirazlarını bildiriblər.

ARF Daşnaktsutyun Gənclər Birliyinin nümayəndəsi Arqişti Qevorgyan bəyan edib ki, Konstitusiya Məhkəməsi ölkənin icra və qanunverici hakimiyyət orqanları tərəfindən zəbt olunub.

"Mövcud hakimiyyət orqanları Konstitusiya Məhkəməsini özəlləşdirmək yolunu tutdu", - deyə etirazçı bildirib.

Bundan əlavə, aksiya iştirakçıları Konstitusiya Məhkəməsinin binasına “işğal olunmuş” sözləri yazılmış plakatlar yerləşdiriblər.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti