Sumqayıtda tibb işçiləri koronavirusa yoluxdu

Sumqayıtda tibb işçiləri koronavirusa yoluxdu
  27 İyun 2020    Oxunub:5491
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının tibbi heyəti arasında koronavirusa yoluxma halları aşkar edilib.
Bu barədə Azvision.az -a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.

Onun sözlərinə görə, xəstəxananın 8 tibb işçisində COVID-19 testi pozitiv çıxıb: “Bunların arasında həkim, tibb bacıları və şöbə müdiri də var. Reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda müalicə alır. Onun vəziyyəti normaldır, boğulma olanda hərdən oksigen verilir. Hazırda xəstəxanada bütün tibbi heyət testdən keçirilir”.

R.Sadıxov qeyd edib ki, təcili yardım xəstəxanası olduğu üçün bura xəsarət alaraq gələn xəstələrin virusa yoluxub-yoluxmadığı bilinmir.

“Həkimlərimiz həmin xəstələrə yardım göstərir. Elə xəstələr var ki, onlarda travmalardan başqa yoluxma da olur və həkimlərə keçir. Yoluxma belə xəstələrdən və ya başqa vasitə ilə də keçə bilər. Hər kəs evə, marketə gedib-gəlir. Bunu müəyyən etmək çətindir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sumqayıt   Xəstəxana   Həkim   Koronavirus  





Xəbər lenti