İTV və Cəmil Quliyev mükafat aldı
Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Milli Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Daha sonra Milli Olimpiya Komitəsinin beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Könül Nurullayeva İctimai Televiziyanın Azərbaycanın olimpiya hərəkatına xüsusi töhfələr verdiyini, o cümlədən bu yaxınlarda yekunlaşan "Fəal ailəm" və "Sağlam ailəm" layihələrinin bu işdə mühüm rol oynadığını bildirib.
Milli Olimpiya Komitəsinin əməkdaşı Mehman Kərimov da İctimai Televiziya ilə bu günə qədər həyata keçirilən layihələrin uğurlarından və əməkdaşlığın gələcək perspektivlərindən danışıb.
Nəhayət iclasın sonunda İctimai Televiziya və Radio Yayımları Şirkəti Milli Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev başda olmaqla şirkətin layihələrdə əməyi keçmiş əməkdaşları mükafatlandırılıblar. Eyni zamanda Milli Olimpiya Komitəsi tərəfindən hazırlanan qış olimpiya oyunları ilə bağlı film də İctimai Televiziyaya təqdim olunub.
AzVision.az