“Son onillik ərzində belə pandemiya olmayıb” - Hikmət Hacıyev

 “Son onillik ərzində belə pandemiya olmayıb” -  Hikmət Hacıyev
  30 İyun 2020    Oxunub:4048
Dünya miqyasında koronavirusla bağlı vəziyyət ürəkaçan deyil. ÜST tərəfindən verilən məlumata görə, yoluxma sayı 10 milyonu aşıb, ölənlərin sayı isə 500 mindən artıqdır. Son onillik ərzində dünyada belə pandemiya olmayıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, koronavirusun meydana gəlməsi bu günə olan digər problemlərin yoxa çıxması demək deyil.

“Dünya miqyasında 70 milyondan çox qaçqın və məcburi köçkün var, digər xəstəliklər var. Koronavirus onların miqyasını daha da ağırlaşdırır, çətinləşdirir. Beynləlxalq Valyuta Fondunun qiymətlərinə görə, dünyanı 1938-ci ildən bu yana görünməyən iqtisadi tənəzzül gözləyir”.

H.Hacıyev bildirib ki, dövlətlər tərəfindən müəyyən karantin tədbirləri görülür, müəyyən açılmalar olur və yoluxma sayında artım müşahidə edilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti