“Milli Şura 3 yerə bölünməlidir”- Sülhəddin Əkbər

“Milli Şura 3 yerə bölünməlidir”- Sülhəddin Əkbər
  16 Yanvar 2014    Oxunub:1186
Milli Şuranın bu gün keçirilən sessiyasında Açıq Cəmiyyət Partiyasının sədri (ACP) Sülhəddin Əkbər şuranın gələcək istiqaməti ilə bağlı öz təkliflərini açıqlayıb. Onun sözlərinə görə, Milli Şuranın yeni mərhələyə hansı konsepsiya ilə daxil olduğu müəyyənləşməlidir:

“Heç kimə sirr deyil ki, Milli Şurada itkilər var, dəyişikliklər var. Yeni şərait, yeni mərhələ yaranır. Yeni mərhələyə hansı konsepsiya ilə daxil olduğumuz müəyyən olunmalıdır. Bu barədə ciddi düşünməli, tələsməməliyik”.

S.Əkbər həmçinin Milli Şuranın 3 hissəy bölünməsini təklif edib.
“Təkliflər 1. Milli Şuranın başlıca vəzifəsi məşvərət və koordinasiya olmalıdır. Milli Şurada birlik zərbə almamalıdır. 2. Birləşdirici siyasi maraqlar öncəlik təşkil etməlidir. Anlamaq lazımdır ki, ümumi qalib gəlmədən böyük qələbə olmayacaq. 3. Milli Şurada daxili siyasi münasibətlərin kövrəkliyi nəzərə almalıdır. 4. Milli Şurada heç bir siyasi lider hegemeonluğa cəhd etməməlidir. Bu, ziyanlıdır. Bunun qarşısını almaq üçün əks mexanizmlər olmalı, təşkilat daxili balans qorunmalıdır. 5. Milli Şurada siyasi üstünlük deyil, bir-birini tamamla olmalıdır. Məşvərət formunda əsas diqqət geniş siyasi təmsilçiliyə, konsensusun əldə edilməsinə nail olmalıdır. Bunlar nəzərə alınmaqla, sturktur dəyişikliyi aparılmalıdır. 6. Siyasi partiyalarda Milli Şuradakı qurumlardan yeni üzvlərin qəbulu tam dayandırmalıdır. İdarəçilik tam demokratik kollegiya və şəffaf olmalıdır. İclaslara əlifba sırası ilə koordinasiya şıurasının üzvləri sədrlik edə bilər. Milli Şura 3 yerə bölünsün siyasi partiyalar, siyasi partiya üzvü olmayan və birliklər”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti