Əli Abbasov vətəndaşlarla görüşəcək

Əli Abbasov vətəndaşlarla görüşəcək
  16 Yanvar 2014    Oxunub:1064
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Hacıqabul rayonunda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların qəbulu yanvar ayının 18-də, saat 11:00-da keçiriləcək və burada Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlıdan olan vətəndaşlar iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti