Bəhram Bağırzadənin səhhəti yaxşılaşır

 Bəhram Bağırzadənin səhhəti yaxşılaşır
  03 İyul 2020    Oxunub:2701
Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib. Onun sözlərinə görə, Əməkdar artistin səhhətində müsbət dinamika davam edir.
Xatırladaq ki, Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Bəhram Bağırzadə ötən gün komadan ayılıb.

Azvision.az


Teqlər: BəhramBağırzadə  





Xəbər lenti