Azərbaycanın məşhur alimi dünyasını dəyişdi

Azərbaycanın məşhur alimi dünyasını dəyişdi
  17 Yanvar 2014    Oxunub:1559
Tarix elmləri doktoru professor, şərqşünas alim Süleyman Əliyarlı bu gün vəfat edib.
AzVision.az-ın məlumatına görə, 84 yaşında vəfat edən görkəmli alimimiz ötən ay da həyat yoldaşı Mina xanımı itirmişdi.

Qeyd edək ki, S.Əliyarlı 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib.

O, Azərbaycan EA Tarix İnstitutu və Bakı Dövlət Universiteti 1959-cu ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında çalışıb. Şərqşünas alim 150-dən çox elmi məqalə 7 monoqrafiya 8 kitab müəllifidir, 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib

Allah rəhmət eləsin.


Teqlər:  





Xəbər lenti