Bəxtiyar Hacıyev Meydan TV-yə qarşı

Bəxtiyar Hacıyev Meydan TV-yə qarşı
  17 Yanvar 2014    Oxunub:5520
Gənc fəal Bəxtiyar Hacıyev Meydan TV-yə etiraz edib.
B.Hacıyev facebook səhifəsində bloqer Həbib Müntəzir və Emin Millinin açdığı Meydan tv-də haqqında gedən məlumatdan narazılığını bilirərək bu kanalın artıq gözdən düşdüyünü deyib.

“Meydan TV də gözümdən ..... kimi düşdü. İnfoqrafika hazırlayıblar, iqtidar-müxalifət qohumluğu haqqında. Mənim fotomu Hafiz Hacıyev və Vilyam Hacıyevlə yanaşı qoyublar və Hafiz Bəxtiyarın əmisi oğludur yazıblar.

Birincisi, mən mətbuatda dəfələrlə Hafizin qohum olduğunu, amma əmim oğlu olmadığını demişəm. Bunu yeganə deyən şəxs Hafizdir, MeydanTV də ona inanır.

İkincisi qohumdursa, niyə Vilyam Hacıyevlə yanaşı qoymursunuz? O icra başçısıdır, daha çox hakimiyyət təmsilçisidir, nəinki Hafiz.

Üçüncüsü, mən müxalifət partiyası sədri, funksioneri deyiləm, vətəndaş cəmiyyətinin fəal şəxslərindən biriyəm. Vətəndaş cəmiyyətində isə belə qohumluqlar yüzlərlədir. Niyə məhz mən?

Dördüncüsü, iş-güc qurtarıb deyəsən, ağıllı, intellektual bir araşdırma edə bilmirlər, oturub kimin-kimə qohum olmasını araşdırırlar. Nə olsun? Nə verir bu cəmiyyətə? Biri də girib aşağıda "bu da azadlıq mübarizləri saydıqlarımız..." yazıb.

Beşincisi, Hebib Müntəzirə deyirəm ki, Hafiz əmim oğlu deyil, deyir elədir. Ya məndən yaxşı tanıyır qohumlarımı, ya da Hafizə məndən daha çox istinad edir.

Altıncısı, hər zaman dediyim bir ifadə var - Hafizdən mənə qarşı istifadə edən elə Hafizin tayıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti