Şura sədri İsrail səfiri ilə görüşüb
O, Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin, tolerantlıq mühitinin və beynəlxalq sülhyaratma missiyalarında iştirakının dünyada tanıdılmasının vacibliyini bildirərək bu işdə yalnız dövlətin deyil, eyni zamanda vətəndaş cəmiyyətinin də yüksək fəallıq göstərməli olduğunu vurğulayıb.
Şura sədri Azay Quliyev Şuranın xarici QHT-lərin layihələrini dəstəklənməsi işinə böyük önəm verdiyini və AP-də keçirilən dinləmələrin Azərbaycanda müxtəlif millətlərin bərabər hüquqluluq şəraitində yaşayışının beynəlxalq miqyasda təsdiqi olduğunu qeyd edib. A. Quliyev Azərbaycanın və İsrailin vətəndaş cəmiyyətləri arasında münasibətlərin inkişafı üçün birgə qərarların qəbul edilməsinin və təcrübə mübadiləsi aparılmasının hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirib.