Azərbaycanda korrupsiya cinayətlərinin STATİSTİKASI

Azərbaycanda korrupsiya cinayətlərinin STATİSTİKASI
  17 Yanvar 2014    Oxunub:1230
Baş Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü il ərzində görülmüş işlərlə bağlı hesabat verib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il ərzində idarə tərəfindən vətəndaşların 1860 müraciətinə baxılıb. 230 cinayət xarakterli material araşdırılıb.

Ötən il ərzində idarənin istintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün adiyyatı məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 rüşvətvermə, 41 şəxs barəsində 16 iş rüşvətalma, 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 124 şəxs barəsində 65 iş mənimsəmə və israf etmə, 1 şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 iş vergidən yayınma, 84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş digər faktlarla əlaqdar olub.

Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat istinitaq mqüddətində 17 milyon 236 min manat ödənilib.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti