Azərbaycanda daha 9 nəfər koronavirusdan öldü - 523 yeni yoluxma

 Azərbaycanda daha 9 nəfər koronavirusdan öldü -  523 yeni yoluxma
  05 İyul 2020    Oxunub:16067
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 523 yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 8332 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti