TƏBİB: Reanimasiyada olan xəstələrin sayı artıb

  05 İyul 2020    Oxunub : 4096
      TƏBİB:    Reanimasiyada olan xəstələrin sayı artıb
Azərbaycanda koronavirusla bağlı 5 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6722 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 516 min 533-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 348, süni tənəffüs cihazında olan xəstə sayı 60-dır.

Hazırkı dövrədək ölkəmizdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 8332 nəfərdir.



Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya