“Ən qısa hekayə”nin qalibi “Veteran” oldu
Müsabiqənin Facebook qalibi 3114 “like”la Mehman Telmanoğludur (“Zibanın nağılı”).
14 səslə dördüncü yeri tutan Şərif Ağayar və dəstək məqsədilə müsabiqədə iştirak etmiş yazıçı Afaq Məsud xüsusi mükafatla təltif ediliblər.
Kulis.Az mədəniyyət dərgisinin keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər.
Birinci yerin qalibi 300, ikinci yerin qalibi 200, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə mükafatlandırılacaq.
Facebook sosial şəbəkəsində keçirilən sorğunun qalibi isə Kulis.Az-ın xüsusi diplomu ilə təltif ediləcək.
AzVision.az "Veteran" adlı qalib hekayəni təqdim edir:
"Yataqdan sürüşüb yerə düşdü. Qapıya doğru sürünməyə başladı. Arvadı yenə də getməzdən əvvəl onun “ayaqlarını” qaldırıb şifonerin başına qoymuşdu..."