“Rəsulzadə haqqında çıxan kitablar satılmayacaq”
Ş.Hüseynov M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar çap ediləcək çoxcildliyin nəşrin mühüm əhəmiyyət kəsb edəcəyini deyib:
“Mənim bundan xəbərim var idi. Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət kitabın nəşr olunması haqqında sərəncam olacağını mənə demişdilər. Bu çox böyük məsələdir. Mən 4 cild çap etmişəm. İndi isə 5-ci cildi hazırlayıram, daha sonra 6-cı və 7-ci cildin nəşri olacaq. Rəsulzadə 36 il vətəndə yaşayıb, bu illərdə onun çap etdiyi əsərlər, çıxışları və məruzələrinin hamısı 7 -cilddə toplanacaq. 35 il isə xaricdə yaşayıb və həmin illərdə olan əsərləri ən azı 6-7 cild olacaq. Təxminən mən hesablamışam ki, 12-15 cild çap etmək lazımdır.
Dövlət Rəsulzadəni necə qiymətləndirirsə camaat ona baxır. Düzdür Rəsulzadə camaatın ürəyindədir və bilirlər ki, o , bu dövlətin yardıcısıdır. Çap olunan cildlər satılmayacaq, onlar institutlar və kitabxanalara paylanacaq”.
Şəhanə Rəhimli