“Bakılı oğlanlar” klubunun üzvü həbs edildi

“Bakılı oğlanlar” klubunun üzvü həbs edildi
  18 Yanvar 2014    Oxunub:1427
Başqırdıstanın paytaxtı Ufadakı “Avropa” ticarət mərkəzində baş vermiş faciə ilə bağlı aparılan məhkəmə prosesində son qərar elan olunub.

AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ufa şəhərinin Oktyabr Rayon Məhkəməsinin qərarı ilə “Avropa” şirkətinin keçmiş icraçı direktoru Aleksandr Qersona və bu şirkətə məxsus binada klub icarəyə götürmüş Eynur Behbudova hökm oxunub. E.Behbudov 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Güclü yanğın məhz onun icarəyə götürdüyü klubda başlamışdı. 2011-ci ilin yanvarında baş vermiş faciə zamanı iki nəfər ölmüş, onlarla insan xəsarət almışdı.

Qeyd edək ki, Eynur Behbudov Azərbaycanın əfsanəvi “Bakılı oğlanlar” (“Parni iz Baku”) şən və hazırcavablar klubunun üzvü olub, bu komandanın tərkibində çıxış edərək bir çox mükafatlar qazanıb.


Teqlər:





Xəbər lenti