Daha 520 nəfər koronavirusa yoluxdu, 8 xəstə öldü

  12 İyul 2020    Oxunub : 4788
Daha 520 nəfər koronavirusa yoluxdu, 8 xəstə öldü
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 520 yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 24 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Aktiv xəstə sayı 8642 nəfərdir.

Ötən müddət ərzində 568 min 234 test aparılıb. Bugünkü test sayı isə 7878-dir.

Azvision.az

Teqlər: Koronavirus   Qərargah