Əli Abbasov Hacıqabulda vətəndaşları qəbul etdi

Əli Abbasov Hacıqabulda vətəndaşları qəbul etdi
  19 Yanvar 2014    Oxunub:1007
Rabitə və informasiya texnologiyaları naziri Hacıqabulda vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, yanvarın 18-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Hacıqabulda bu rayondan, eləcə də Şirvan, Kürdəmir, Sabirabad, Saatlıdan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən vətəndaşların əksəriyyəti nazirə işə düzəlmə ilə əlaqədar müraciət ediblər. Digər müraciətlər isə internet təminatı ilə bağlı olub.
Videokonfrans şəklində aparılan qəbulda, eyni zamanda, şikayətlər olduğu halda, adları çəkilən rayonların telekommunikasiya müəssisələrinin rəhbərləri nazirlə birbaşa əlaqə saxlaya biliblər.

İşə qəbulla əlaqədar müraciət edənlərin əksəriyyətinin şikayətləri həllini tapıb, onların işlə təmin olunmasına göstəriş verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə müvafiq icra orqanlarına çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.


Teqlər:  





Xəbər lenti