`Qorbaçov beynəlxalq məhkəmədə cavab verməlidir`

`Qorbaçov beynəlxalq məhkəmədə cavab verməlidir`
  19 Yanvar 2014    Oxunub:902
Ukraynada Mixail Qorbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verməsini tələb edən müraciət qəbul olunub.

Ukraynanın paytaxtı Kiyev şəhərində müxtəlif millətləri təmsil edən təşkilatların iştirakı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü qeyd olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar bu gün Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Ukrayna Millətlər Assambleyası, Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, eləcə də Ukraynada fəaliyyət göstərən bir sıra xalqların diaspor təşkilatları ilə birgə konfrans keçirlib.

Konfransda 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqələk sükutla yad edilib. Çıxış edən BUAK sədri Rövşən Tağıyev 24 il əvvəl totalitar Sovet imperiyasının Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğınlar haqqında ətraflı məlumat verib. 1990-cı ildə baş verən 20 Yanvar hadisəsini müstəqil Azərbaycan dövlətinin qəhrəmanlıq salnaməsi adlandıran R.Tağıyev qəhrəman oğul və qızlarımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın ən aparıcı ölkələri arasında öz layiqli yerini tutmasından bütün azərbaycanlılarla yanaşı, Ukraynadakı azərbaycanlıların da qürur duyduğunu bildirib.

20 Yanvar faciəsinin totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi ən dəhşətli cinayətlərdən biri olduğunu söyləyən Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri professor Rafiq Novruzov, UAGB-nin sədri Anar Tahirov, Ukrayna Yəhudi Fondunun prezidenti Arkadi Monastırski, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzinin prezidenti Pyotr Şarafetdinov və digər xalqların diaspor təşkilatlarıın rəhbərləri 20 Yanvar faciəsindən 24 il ötməsinə baxmayaraq, bu qanlı cinayətdə birbaşa əli olan Mixail Qorbaçov və o vaxtkı Sovet rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini bildirib və bununla bağlı Ukrayna Millətlər Assableyası adından beynəlxalq təşkilatlara müraciət qəbul olunduğunu vurğulayıblar.

Dünya birliyini və beynəlxalq təşkilatları indiyədək bu qanlı faciəyə hüquqi siyasi qiymət verməməkdə ittiham edən natiqlər bunun əvəzinə M.Qorbaçov kimi qatı bir cinayətkara Nobel mükafatının verilməsini tarixi saxtakarlıq və ədalətsizlik kimi səciyyələndiriblər.

Konfransda Azərbaycan xalqının şan və şərəf tarixi olan 20 Yanvar hadisəsinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı, müstəqilliyimiz uğrunda canlarından keçən şəhid oğul və qızlarımızın xatirələrinin isə daima əziz tutulacağı qeyd edilib.

"Dəyirmi masa"dan sonra Ukrayna Millətlər Assambleyasının nümayəndələri jurnalistləri maraqlandıran suallara cavab veriblər.


Teqlər:  





Xəbər lenti