`Qarabağ problemi: Haradan haraya`
Şuranın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, səfərin məqsədi qurumun xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi çərçivəsində dəstək verdiyi “Avrasiya Sivil Toplum Əməkdaşlıq Dərnəyi” və “Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyi”nin birgə təşkilatçılığı ilə keçiriləcək “Qarabağ problemi: Haradan haraya” adlı konfransda iştirak etməkdir.
A.Quliyev konfransda çıxış edərək Dağlıq Qarabağ problemi haqqında ətraflı məlumat verəcək.
Toplantıda türkiyəli deputatlar, dövlət orqanlarının və diplomatik korpusun nümayəndələri, müxtəlif ali məktəblərin professorları məruzələrlə çıxış edəcəklər.
Teqlər: